Pakistanda növbəti dəfə terror aktı həyata keçirilib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, hadisə ölkənin Hayber-Paxtunxva əyalətində qeydə alınıb.
Bombalı hücumlarda biri polis və bir mülki şəxs olmaqla 2 nəfər həyatını itirib. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş qarşıdurmalarda isə 7 silahlı öldürülüb.
Qeyd edək ki, noyabrın 21-də Hayber-Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan avtomobilə silahlı hücum nəticəsində 42 nəfər həyatını itirib.
Mehman Mehdiyev