Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda vərəmlə bağli milli dialoq keçirilir



Newscenter.az.3.12.2019. Bakıda Vərəmlə bağlı Milli Dialoq keçirilir. Newscenter.az xəbər verir ki, dialoqun məqsədi Azərbaycanda insanların ehtiyaclarına yönəlik keyfiyyətli vərəm xidmətlərinin təmin edilməsi üçün vətəndaş cəmiyyəti, vərəmin təsirinə məruz qalmış icmalar və Milli Vərəm Proqramı və tibb işçiləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

Milli Dialoq Səhiyyə Nazirliyinin, Vərəm əleyhinə Avropa Koalisiyasının (Avropa Koalisiyası), Moldovanın Səhiyyə Siyasəti və Araşdırmalar Mərkəzininvə “Sağlamlığa Xidmət” İctimai birliyinin birgə əməkdaşlığı ilə “Dərmana-davamlı vərəmin erkən aşkarlanması və müalicə uğurluğunun artırılması istiqamətində yeni müalicə modeli – insanların ehtiyaclarına yönəli keyfiyyətli vərəm müalicəsinin təkmilləşdirilməsi” layihəsi (TB REP 2.0) çərçivəsində təşkil olunur.

Milli Dialoqun məqsədləri insanların ehtiyaclarına yönəli vərəm müalicəsinin təbliğ edilməsində, xüsusi ilə də vərəmli şəxslərin aktiv aşkarlanması və müalicə uğurluluğunun artırılmasında vətəndaş cəmiyyəti, Milli Vərəm Proqramı və digər maraqlı şəxslər arasında əməkdaşlığın planlaşdırılması, 2018-ci ildə BMT-in yüksək səviyyəli görüşündə bütün üzv ölkələr tərəfindən imzalanan BMT-in vərəmlə bağlı bəyannaməsində nəzərdə tutulan hədəflərə çatmaq yönündə Azərbaycanın nailiyyətlərinin müzakirə edilməsi, eləcə də vərəm müalicəsində vətəndaş cəmiyyəti təşkilatlarının bazasında social xidmətlərin təmin edilməsində sosial sifarişlərin bir mexanizm kimi genişləndirilməsi və inkişaf etidirlməsinin müzakirə edilməsidir.

Tədbirdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Səhiyyə Nazirliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və beynəlxalq qurumların əməkdaşları iştirak edirlər.

Aydan
Xəbəri paylaş