Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HP sədri: Hesablama Palatası borc öhdəliklərinin azaldılması üçün yeni təkliflər irəli sürüb

HP sədri: Hesablama Palatası borc öhdəliklərinin azaldılması üçün yeni təkliflər irəli sürüb


Növbəti il 3,1 mlrd. manat proqnozlaşdırılan büdcə kəsirinin 1,8 mlrd. manatının daxili dövlət borclanması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət istiqrazları hesabına daxili borcun artımı davam etməkdədir ki, bu da özündə faiz xərclərinin artması ilə bağlı faiz riski, borcun yenidən maliyyələşdirilməsi zərurətindən irəli gələn təkrarmaliyyələşmə riski, maliyyə bazarlarında kifayət qədər vəsait cəlb etməklə əlaqəli likvidlik riskinin aktuallaşmasının göstəricisidir.

Newscenter.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Bildirib ki, borca xidmət üzrə faiz xərclərinin ötən illə müqayisədə 308 mln. manat çox nəzərdə tutulması, daxili borc portfelində müşahidə edilən qısamüddətli borcların üstünlük təşkil etməsi, dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsindəki fərqli dinamika bu risk amilininin xüsusi diqqətdə saxlanılmasının vacib olduğunu göstərir:

"Hesablama Palatası olaraq bu istiqamətdə bəzi təkliflərlə çıxış etmək istəyirik. Cari ilin 10 ayının icra göstəricisinə əsasən dövlət büdcəsinin gəlirləri xərcləri 3,0 mlrd. manat üstələyir ki, bu da büdcədə ilin sonuna əhəmiyyətli qalıq vəsaitlərin yaranması gözləntilərini formalaşdırır. Təklif edirik ki, vaxtı çatmış öhdəliklərin birbaşa sərbəst qalıq hesabına ödənilməsi ilə bağlı icra mexanizmi yaradılsın. Bununla yanaşı, profisitli büdcə şəraitində borclanmadan istifadə edilməməsinə və monetar siyasətin hədəfləri nəzərə alınmaqla qısamüddətli istiqrazların vaxtından əvvəl investorlardan geri alınması məsələsinə də baxıla bilər. Qeyd etdiyim bu hallar dövlət borcunun həcminin azaldılması ilə yanaşı, növbəti illərdə faiz xərclərinin əhəmiyyətli dərəcədə artımının qarşısının alınmasına imkanlar yaradar".

Süleyman
Xəbəri paylaş