Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüqar Gülməmmədov: Büdcədənkənar gəlirlər dövlət sektorunda əməyin ödənişi üzrə disproporsiyaya səbəb olur.

Vüqar Gülməmmədov: Büdcədənkənar gəlirlər dövlət sektorunda əməyin ödənişi üzrə disproporsiyaya səbəb olur.


2025-ci ilin dövlət büdcəsində büdcə təşkilatlarının büdcədənkənar xərcləri büdcədənkənar gəlirlərindən 100,0 mln. manat artıq olmaqla 940,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 13,1% çoxdur.

Newscenter.az xəbər verir ki, bunları Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, aparılmış təhlillər cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə növbəti ildə büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərclərinin 86,2 mln. manat və ya 27,5% artacağını göstərir ki, bu da dövlət büdcəsində müvafiq xərclərin artım tempindən 17,3 faiz bəndi çoxdur:

"Sonuncu göstəriciyə istinad edərək bildirməliyəm ki, büdcədənkənar gəlirlər dövlət sektorunda, o cümlədən dövlət qulluğunda əməyin ödənişi fondunun eyni kateqoriya orqanlar üzrə əhəmiyyətli, bəzən 1,5 nisbətdə və daha çox fərqlənməsinə səbəb olur. Bu məsələ publik hüquqi şəxslərin əməkhaqqı fondu üzrə də aktualdır. Fikrimizcə, bu istiqamətdə dövlət sektorunda əməyin ödənişi üzrə qurumlararası disproporsiyalar diqqətdə saxlanılmalıdır".

Süleyman
Xəbəri paylaş