Newscenter.az.15.04.2020. "Talassemiya mərkəzində qan çatışmazlığı problemi Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışından sonra öz həllini tapdı".
"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu çağırışdan sonra çox sayda insan qan vermək üçün Mərkəzə gəlib: "Artıq problem tam həllini tapıb və buna görə hörmətli Mehriban Əliyevaya təşəkkür edirik".