Newscenter.az.6.05.2020. İranın Loristan əyalətinin Firuzabada şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, məlumatı Tehran Universiteti yanında Seysmoloji Mərkəz yayıb.
Bildirilib ki, yeraltı təkanlar günorta saatlarında yerin 7,1 km-lik dərinliyində olub.
Zəlzələ Xürrəmabad, Əleşter, Burucerd və Həmədan şəhərlərində də hiss edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.