Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada 7 nəfər yanaraq öldü



Newscenter.az.6.11.2020. Rusiyanın Smolensk vilayətində yanğın baş verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, yanğın Yelnya şəhərində yerləşən fərdi evdə qeydə alınıb.

Yerli xilasetmə qüvvələri yanğın yerini araşdırdıqdan sonra məlum olub ki, yeddi nəfər bilavasitə yanğın səbəbindən dünyasını dəyişib, bir nəfər isə xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş