Newscenter.az.5.12.2020. Qardaş Türkiyənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan Türk Ədəbiyyatı Vakfı Huner Group-un təsisçisi Ehtiram Quliyevi “Türk Dünyasına Hizmet” mükafatı ilə təltif edib.
Newscenter.az-ən şirkətə istinadən verdiyi xəbərə görə, Huner Group-un baş ofisində keçirilən görüşdə vakfın sədri Serhat Kabaklı və nümayəndə heyəti ilə birlikdə millət vəkili Qənirə Paşayeva da iştirak edib. Mükafatı təqdim edən Serhat Kabaklı başda Qarabağ olmaq üzrə Kırım, Kıbrıs, Kərkük kimi Türk dünyasının qanayan yaralarını gündəmə gətirən, bu istiqamətdə əsaslı fəaliyyət göstərən türk qardaşlarına öz təşəkkürünü ifadə edib.
Şirkətin təsisçisi Ehtiram Quliyev bu dəyərli mükafatı təqdim etmək üçün ölkəmizə gələn Türk Ədəbiyyatı Vakfının sədri başda olmaqla bütün üzvlərinə dərin minnətdarlığını bildirərək onları öz ofisində qəbul etməkdən şərəf duyduğunu ifadə edib.
Həmçinin, Ankara Universitetinin Hüquq fakültəsindən birlikdə məzun olduğu dəyərli yoldaşı Ozgur Noyanı da illər sonra bu heyətin bir üzvü kimi görməkdən şad olduğunu dilə gətirib. Sonda Ehtiram Quliyev Qarabağın incisi Şuşadan şəxsən gətirdiyi Şuşa torpağını böyük fəxarətlə Serhat Kabaklıya təqdim edib.
Anar