Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əkin üçün yararsız ərazilər ekoturizm üçün istifadə edilsin

Əkin üçün yararsız ərazilər ekoturizm üçün istifadə edilsin


"Əkin üçün yararsız torpaq sahələrinin ekoturizm üçün istifadə edilməsinə icazə verilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vasif Qafarov səsləndirib. Millət vəkili bildirib ki, Lerik rayonunda əkinə yararsız torpaq sahələrindən turizm istirahət mərkəzləri üçün istifadə edilməyə çalışılsa da, lakin buna icazə verilmir:

"Ona görə də hesab edirəm ki, torpaqların kateqoriyasının müəyyən edilməsi, ona yenidən baxılması zəruridir. Əkinə yarasız sahələrdən ekoturizm üçün istifadəyə icazənin verilməsi ümumilikdə ölkədə turizmin inkişafına təkan vermiş olar".

Millət vəkili bildirib ki, bir çox ölkələrdə bu kimi təcrübə var və Azərbaycan da həmin təcrübədən istifadə etməlidir.

Süleyman
Xəbəri paylaş