Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

14 iyul Azərbaycanın inkişaf mərhələsinin başlanğıc tarixidir

14 iyul Azərbaycanın inkişaf mərhələsinin başlanğıc tarixidir


"Bu bir danılmaz gerçəklikdir ki, Azərbaycanın bu günkü səviyyəyə gəlib çatması, dünyada sayılıb seçilən bir ölkəyə çevrilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsiz olub. Mübaliğəsiz demək mümkündür ki, bu inkişaf və tərəqqinin təməli 56 il əvvəl qoyulub. 1969-cu il, iyulun 14-də Ulu Öndərin Sovet Azərbaycanına rəhbərliyə gəldiyi zaman. Xalqımız və dövlətimiz üçün unudulmaz tarixə çevrilən 14 iyul Azərbaycanın inkişaf mərhələsinin başlanğıcı idi".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Heydər Əliyevin Sovet Azərbaycanında hakimiyyətə gəldiyi ilk illərdən ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında müsbətə doğru dəyişikliklər müşahidə edilməyə başlandı, bütün istiqamətlərdə irəliyə doğru addımlar atıldı:

"Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan iqtisadi inkişaf baxımından ittifaq ölkələri sırasında sonuncu yerlərdə qərarlaşırdı. Bu mənfi tendensiya ittifaq ölkələrinin məhsul istehsalı, yığımı və tədarükü sıralamasında da özünü göstərirdi. Hətta həmin dövrdə antiAzərbaycan mövqeyi ilə seçilən bəzi ittifaq rəsmiləri Azərbaycanın hansısa Qafqaz ölkəsi ilə birləşdirilməsi kimi cəfəng fikirlər də gündəmə gətirirdilər. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu təhlükənin qarşısı alındı. Qısa müddət ərzində Azərbaycanın sosial-iqtisadi həyatında irəliləyiş baş verdi və ölkəmiz ittifaq dövlətlərinin reytinq cədvəlində nəzərəçarpacaq dərəcədə irəlilədi. Bununla da Ulu Öndər Azərbaycanın düşmənlərinin planını pozmuş oldu".

İlham Məmmədov deyib ki, Heydər Əliyevin birinci dəfə respublikaya rəhbərliik etdiyi dövrdə həyata keçirdiyi uğurlu tədbirlərdən biri də milli kadrların hazırlanması idi. Deputat qeyd edib ki, azərbaycanlı gənclərin ittifaq ölkələrinin nüfuzlu universitetlərinə ali təhsil almaq üçün göndərilməsi məhz milli kadrların hazırlanmasına hesablanmış strateji addım idi:

"Eyni zamanda ilk hərbi kadrların hazırlanması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasında məqsəd məhz milli hərbi kadrların hazırlanması idi. O vaxt ittifaq rəhbərliyi ciddi cəhdlə buna qarşı olsa da, Heydər Əliyev cəsarəti və iradəsi maneələri aradan qaldırmağa nail oldu və sözügedən hərbi lisey Bakıda fəaliyyətə başladı".

İlham Məmmədov deyib ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə Ulu Öndərin qətiyyəti nəticəsində fəaliyyətə başlamış Cəmşid Naxçıvanski adına hərbi liseyin də payı var və həmin təhsil ocağının yetişdirdiyi hərbi kadrlar, eləcə də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti bizə tarixi qələbəni yaşatdı.

Süleyman
Xəbəri paylaş