Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda fəaliyyət göstərən ictimai birliklərlə görüş keçirilib

Naxçıvanda fəaliyyət göstərən ictimai birliklərlə görüş keçirilib



Noyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov, Naxçıvan MR-nın ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Naxçıvan MR-da fəaliyyət göstərən ictimai birliklərlə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşdə Naxçıvan MR-da fəaliyyət göstərən ictimai birliklərin təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq qeydlər götürülüb.

Süleyman
Xəbəri paylaş