Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ulu Öndərə həsr olunan misralar" adlı şeir müsabiqəsi keçirilib

"Ulu Öndərə həsr olunan misralar" adlı şeir müsabiqəsi keçirilib



Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı, Gəncə Uşaq İncəsənət Məktəbinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin təbliği məqsədi ilə "Ulu Öndərə həsr olunan misralar" adlı şeir müsabiqəsi keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Gəncə Gənclər Evinin direktoru, Gəncə Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri, Gəncə Dövlət Universitetinin tələbələri, orta məktəb müəllimləri və şagirdləri iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışçılar şagirdlərin vətənpərvərlik ruhunun və Ulu Öndər Heydər Əliyev irsinə bağlılığının gücləndirilməsində belə tədbirlərin mühüm rol oynadığını vurğulayıblar.

Müsabiqədə Gəncədə fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Müsabiqənin obyektiv və yüksək səviyyədə qiymətləndirilməsi məqsədilə peşəkar mədəniyyət və ədəbiyyat nümayəndələri münsiflər heyyəti qismində şagirdlərin çıxışlarını qiymətləndiriblər.

Tədbirdə həmçinin MKS-nin 16 nömrəli kitabxana filialının "Ulu Öndər Heydər Əliyev misralarda" mövzusunda kitablardan ibarət sərgisi nümayiş edilib. Tədbir boyu Gəncə Uşaq İncəsənət Məktəbinin şagirdləri instrumental və vokal nömrələr ilə çıxışlar ediblər. Müsabiqədə iştirak edən iştirakçılara sponsorlar tərəfindən hədiyyələr təqdim edilib, I, ll, lll yerlərin qaliblərinə diplomlar təqdim olunub.

Süleyman
Xəbəri paylaş