
Dünya düzəninin sürətlə dəyişdiyi indiki dönəmdə Türk dövlətləerinin bir araya gəlməsi və bir güc kimi formalaşması, olduqca mühüm hadisədir.
Newscenter.az xəbər verir ki, bunu iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. O bildirib ki, dünyada hüququn deyil, gücün hökmranlıq etdiyi indiki dönəmdə Türk dövlətlərinin birliyi onların gələcək təhlükəsizliyinin təminatı olacaqdır:
"Avroasiya məkanında Türk Dödvlətləri Birliyinin yeni bir güc kimi ortaya çıxması yolunda atılan bütün addımlar alqışa layiqdir. Bu sırada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri hökumət təşkilatlarının bir araya gəlməsi mühüm hadisədir. Vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olan qeyri hökumət təşkilatları güclü Türk Birliyinin yaranmasına öz töhvəsini verəcəkdir".
Fikrət Yusifov qeyd edib ki, bu yolda atılan növbəti addımlardan biri də Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Bakıda və Naxçıvanda keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri hökumət təşkilatlarının Forumu oldu:
"Bu Platforma Türk dövlətlərinin əlaqələrinin dərinləşməsinə və ümumi hədəfin reallaşdırılmasıma öz töhvəsini verəcəkdir".
Süleyman











































