
"Heç bir sülh planı Zelenskinin sonunu gətirə bilməz. Təbii ki, Zelenski vəzifəsindən əbədi qalası deyil. Əksinə, hesab edirəm ki, Zelenski Ukrayna tarixində qəhrəman dövlət başçısı kimi qalacaq".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O qeyd edib ki, vaxtilə 1994-cü ildə "Budapeşt bəyannaməsi"ni imzalayan və Ukraynanın nüvə silahlarını Rusiyaya təhvil verən Kuçmadan fərqli olaraq:
"Çünki ona ABŞ tərəfindən ciddi təzyiqlər olmuşdu və Kuçma buna müqavimət göstərə bilməmişdi.
Ukrayna cəmiyyəti üçün məqbul olan indiki durumda atəşkəsə nail olmaqdır. Çünki hal-hazırda Ukraynanın imkanları ilə işğal olunmuş əraziləri geri almaq mümkün deyil. Ukraynanın özü hərbi cəhətdən güclənməlidir. Ciddi hərbi müttəfiqlər tapmalıdır".
Azər Qasımov deyib ki, Qərb və Avropa Ukraynaya ciddi dəstək olmur:
" Kömək minimal səviyyədədir. Təbii ki, ABŞ istəsə Ukrayna müharibədə dönüş yarada bilər. Amma ABŞ-ın geosiyasi maraqları buna imkan vermir. Tramp da qeyri-adekvat siyasətçi kimi özünü məqbul aparmır. Ukrayna zaman qazanmaq üçün addımlar atmalı, postPutin dövrü üçün hazırlıq görməlidir".
Süleyman












































