
Çində növbəti qatar qəzası baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Çinin cənubundakı Kunminq əyalətində qeydə alınıb.
Məlumata görə, seysmik sınaq aparan qatarın dönmə əməliyyatı zamanı insanlara çırpılması nəticəsində 11 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. İnsident səhər saatlarında Luoyançjen stansiyasında baş verib.
Hadisənin təfərrüatları araşdırılır. Dəmir yolu idarəsi bildirib ki, məsul şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
Cavid











































