Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni yaradılmış QHT Platforması Azərbaycan vətəndaş cəmiyyəti üçün mühüm regional və institusional dönüş nöqtəsi kimi qiymətləndirilə bilər

Yeni yaradılmış QHT Platforması Azərbaycan vətəndaş cəmiyyəti üçün mühüm regional və institusional dönüş nöqtəsi kimi qiymətləndirilə bilər


"TDT üzv ölkələrinin QHT-lərinin Bakı və Naxçıvan forumu, həmçinin yeni yaradılmış QHT Platforması Azərbaycan vətəndaş cəmiyyəti üçün mühüm regional və institusional dönüş nöqtəsi kimi qiymətləndirilə bilər".

Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. B\O bildirib ki, bu təşəbbüs ilk dəfə olaraq türk dövlətləri arasında QHT-lərin sistemli şəbəkələşməsini, davamlı əməkdaşlıq mexanizmlərini və ortaq humanitar-ictimai gündəmin formalaşdırılmasını hədəfləyir:

"Forumun Bakıdan başlayıb Naxçıvan kimi strateji əhəmiyyətli regionda davam etməsi həm rəmzi, həm də praktik baxımdan Azərbaycanın bu prosesdə mərkəzi rol oynadığını göstərir.

Platforma çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər ölkələrdən yüzlərlə QHT nümayəndəsinin iştirakı Azərbaycana regional vətəndaş cəmiyyəti diplomatiyasında liderlik imkanı təqdim edir. Bu, Azərbaycanın son illərdə dövlət səviyyəsində möhkəmlənən türk dünyası siyasətinin və geosiyasi kursunun artıq vətəndaş cəmiyyəti səviyyəsinə keçirilməsi kimi də qiymətləndirilə bilər".

Süleyman

Xəbəri paylaş