
"Kreml rəhbərliyi Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsinin Moskvada bağlanmasına çalışır. Bu müstəvidə Azərbaycan və Ermənistana vaxtaşırı mesajlar göndərilir".
Newscenter.az-ın xəbərinə görə, bunları deyən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan və Ermənistan Yekun sülh müqaviləsini hər iki ölkənin delimitasiya olunmuş sərhəddində bağlaya bilər:
"Bunun üçün nə Vaşinqton, nə də digər paytaxtlara ehtiyac var. Amma, geosiyasi proseslərin dəyişməsi fonunda Yekun sülh müqaviləsinin yeniden Vaşinqtonda imzalanması istisna deyil. Xüsusilə, Rusiyanın artan təzyiqləri fonunda bu proses baş tuta bilər".
Politoloq qeyd edib ki, hər iki ölkənin vətəndaş cəmiyyəti arasında dialoq keçirilir:
"Rusiya çalışır ki, bu prosesin qarşısını alsın. Rusiyanın artan təzyiqləri hər iki ölkənin sülh prosesi ilə bağlı mövqeyini dəyişə bilməyəcək".
Süleyman










































