
"Azərbaycanın artan gücü və nüfuzu təkcə yerləşdiyimiz coğrafiyada deyil, eləcə də çox-çox uzaqda, Yaxın Şərqdə belə hiss ediməkdə, aydın şəkildə görünməkdədir. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın bu günlərdə ölkəmizə baş tutan işgüzar səfəri kontekstində belə qənaətə gəlmək mümkündür. Səfər zamanı keçirilən görüşlər və SOCAR ilə imzalanan sənəd bir daha onu deməyə əsas verir ki, artıq Azərbaycan da Yaxın Şərqdəki proseslərin aktiv iştirakçısına çevrilməkdədir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri bir sıra məqamları ilə diqqqətçəkici və mühüm əhəmiyyətlidir:
"Əvvəla onu qeyd etmək yerinə düşər ki, Əhməd Əl Şaraanın Azərbaycana səfəri Suriyanın yeni rəhbərliyinin ölkəmizə olan marağı, Bakı ilə əməkdaşlıq etmək istəyindən irəli gəlir. Ölkəmiz haqlı olaraq ötən illər ərzində qaniçən Əsəd rejimi ilə bütün diplomatik münasibətlıri kəsmiş, bu ölkədəki səfirliyinin fəaliyyətini dayandırmışdı. Əsəd rejimi devrildikdən və yeni keçid hökuməti qurulduqdan sonra Azərbaycan Suriya ilə diplomatik münasibətləri bərpa etdi, bu ölkədəki səfirliyimiz yenidən fəaliyyətə başladı. Eyni zamanda Azərbaycan Suriyaya humanitar yardımların çatdırılmasında fəal iştirakçı oldu. Təbii ki, bu da Suriya Ərəb Respublikasının keçid dövrü hakimiyyəti tərəfindən təqdir olunur və bəyənilir. Bütün bunları nəzərə alaraq Suriya Ərəb Respublikasının keçid dövrünün Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfər edib".
Arzuman Muradlı deyib ki, Suriya ilə münasibətlərin yenidən bərpa edilməsi Azərbaycan qazının alıcıları sırasına Dəməşqi də əlavə etmiş oldu:
"Bildiyimiz kimi səfər zamanı SOCAR ilə Azərbaycan qazının Türkiyə vastəsilə Suriyaya çatdırılmasına dair saziş imzalanıb. Bu da öz-özlüyündə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azzərbaycana səfərinin iqtisadi baxımdan da faydalı olduğunu deməyə əsas verir".
Süleyman