
"Trampın hakimiyyətə yenidən gəlməsi, Rusiya və Ukrayna müharibəsində yaxşılığa doğru dönüş mərhələsi kimi qeyd olunsa da, zaman göstərdi ki, Rusiya heç bir halda ABŞ-ın uzatdığı barış əlini tutmaq niyyətində deyil. Əksinə, Ukraynaya qarşı işğalçı siyasətindən əl çəkmək istəmir və ağır şərtlər irəli sürərək müharibənin davam etməsində maraqlı görünur".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, ötən ilin sonlarından, xüsusilə də Xarkov və Donbas istiqamətində hücumları intensivləşdirən Rusiya, diplomatik yollarla, danışıqlar masasında, munaqişənin həlli yollarına ciddi yanaşmaqdan yayınır:

"ABŞ Prezidentinin rusiyalı həmkarı Putinlə telefon danışığı zamanı, Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesində irəliləyişin olmamasını qeyd etməsi, Vaşinqtonun bu istiqamətdə yürütdüyü siyasətin dəyişəcəyinin mesajı olaraq qəbul etmək olar".
Anar Əliyev












































