Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp İranla barışacaqmı?

Tramp İranla barışacaqmı?


ABŞ prezidenti Donald Tramp bildirib ki, uyğun zaman gəldikdə, İrana qarşı tətbiq olunmuş birtərəfli sanksiyaları ləğv etmək imkanına sahib olmaq istəyərdi. O, bu haqda Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı danışıb. "İrana qarşı çox ağır sanksiyalarımız var, həqiqətən çox ağır. Mən istərdim ki, uyğun vaxtda bu sanksiyaları ləğv edə bilim. Onlara özlərini bərpa etmək üçün bir şans verim. Mən istərdim ki, İran dinc şəkildə bərpa olunsun. Əvvəllər olduğu kimi “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlar səsləndirməsinlər.", – o deyib. Trampın çıxışından aydın görünür ki, ABŞ İrana qarşı şərtli sülh müqaviləsi təklif edir. Ağ rəhbəri " Amerikaya, İsrailə ölüm " şüarları səsləndirilməsin " deməklə əsasən İranda İsrailin məhv edilməsi ilə ali rəhbərliyin dilindən səsləndirilən çağırışların dayandırılmasını tələb edir. ABŞ - nin İrandan tələb etdiyi digər məsələ isə proksi qüvvələrinə dəstəyin dayandırmasıdır. İran Yaxın Şərqdə Hizbullah, Həmas və Ənsurullah kimi qruplaşmaları İsrailə qarşı dəstəkləyir. Bu isə İsraillə ilə bərabər ABŞ - nin də bölgədəki siyasətinə mane olur. Bütün bunlar görünür ki, Tramp ilk prezidentliyi dövründə olduğu kimi yenə də " güclü təzyiq, açıq qapı " siyasətini davam etdirir. ABŞ prezidentinin İranla bağlı açıqlamanı İsrailin baş naziri ilə görüşdə səsləndirməsi də xüsusi məna daşıyır. Bu onu göstərir ki, ABŞ - nin İran siyasətində İsrailin təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bir yandan İranla barışmağı hədəfləyən Tramp digər yandan da İsrailin ABŞ daxilindəki gücü ilə hesablanır, özünə qarşı gələcək narazılıqların öncədən qarşısını kəsir. Trampın barışıq təklifi Iranda müəyyən narazılıqlara səbəb ola bilər. ABŞ - nin 2018 - ci ildə əldə edilmiş nüvə razılaşmasından birtərəfli şəkildə çıxması, həmçinin 12 günlük müharibə zamanı İranın nüvə obyektlərinə zərbə endirməsi bu ölkənin mühafizəkar dairələrində dialoqa qarşı daha çox narazılığın yaranmasına səbəb olub. Ancaq bir məsələni də nəzərə alaq ki, 12 günlük müharibə İran daxilində mühafizəkar qüvvələrə ağır zərbə vurub. İsrailin hücumu zamanı ali dini lider Əli Xameneinin ortalıqda olmaması, əvəzində prezident Məsud Pezeşkianın əhali arasında görüşlər keçirməsi dialoq tərəfdarı islahatçıların önə çıxmasına səbəb olub. Son çıxışı ilə Tramp topu İran tərəfə atıb. Tehrandan nə qədər sərt açıqlamalar verilsə də ölkənin ağır iqtisadi vəziyyəti Qərblə dialoqu vacib edir və ehtimal ki, Pezeşkian hökuməti ali rəhbəri bu məsələdə yenə razı salacaq.

Zeynal Əmrəliyev, politoloq
Xəbəri paylaş