
Vaxt var idi, çoxları onların yanında idi — şəkil çəkdirir, əl sıxır, gülümsəyirdi. İndi isə eyni insanlar arxasınca danışır, müzakirə edir.
Amma unudurlar: qərarı verən bir güc var — və o, heç vaxt səhv etmir. Ona görə də kiminsə taleyini günlərlə müzakirə etmək deyil, öz həyatını düz yaşamaq lazımdır.
Çünki başqalarını müzakirə edənlər tarixdə iz qoymur və yalnız öz işini səssiz görənlər tarixdə qalır.
Bir vaxtlar onların adları səslənəndə otaqda səssizlik yaranırdı. Onların qarşısında baş əyirdilər, təzim edirdilər, xoş gəlmək üçün gülümsəyirdilər. Hər kəs onların yanında görünmək, onlarla şəkil çəkdirmək, onların əllərini sıxmaq istəyirdi.

Elə bil bu dünya onların ətrafında fırlanırdı. Amma həyatın öz qanunu var — və o qanun titullardan, kreslolardan, vəzifələrdən qat-qat güclüdür.
Zaman heç kimin tərəfini saxlamır.
Zaman nə qohum tanıyır, nə dost.
Zaman tək bir dəyərlə ölçür — ədalət və vicdanla.
Və bu şəkillər, bu simalar — bu keçmiş “güclülər” bizə bir həqiqəti bir daha xatırladır:
Sən kim olursan ol, insan ol. Çünki titul səni qoruya bilməz, ancaq insanlıq səni ucaldar.
Bəziləri düşünürdülər ki, kürsü əbədi olacaq. Bəziləri inanırdı ki, imtiyazlar onları toxunulmaz edəcək. Amma həyat, bəzən bir anda göstərir ki, kürsü müvəqqətidir, ləyaqət isə əbədidir.
Kreslo dəyişir, amma iz — vicdanın izidir. Əgər o iz təmiz deyilsə, rütbənin parıltısı belə onu gizlədə bilmir.
İnsanlıq o zaman başlar ki, sənin əlində güc var, amma sən o gücü kimisə əzmək üçün yox, qaldırmaq üçün istifadə edirsən.

Səni tarixdə saxlayan — nə medal, nə də forma deyil. Tarixdə yalnız ədalətli davranış, mərhəmət və dürüstlük qalır.
Sən bir imzanla kimin taleyinə yön verdinsə, bir sözünlə kiminsə həyatını dəyişdin, bir əmrinlə kiminsə göz yaşına səbəb oldunsa — bax, tarix səni orada yazır.
Bu həyatın ən böyük sınağı odur ki, güc sahibiykən sadə qalmaq bacarasan.
Əgər insan güc içində insanlığını qoruyursa, o artıq sadəcə vəzifə sahibi deyil — o, mənəvi liderdir.
Bu şəkillərə baxanda anlayırsan: dünənlə bu gün arasında cəmi bir an fərq var.
Dünən zirvədə olanlar bu gün sükut içindədirlər. Amma bəlkə də bu ədalətin öz təbiətidir.
Əgər həyat bir səhnədirsə, hər kəs bir gün rolunu bitirir — yalnız insanlıq rolu heç vaxt bitmir. Elə buna görə də, ən böyük titul “insan” tituludur. Bu rütbə heç kimin əlindən alına bilməz, amma hər kəs onu itirə bilər — əgər vicdanına xəyanət edərsə.
Kimin qohumu olursan ol, hansı sülalədən gəlirsən, hansı ordeni taxırsan — fərqi yoxdur.
Əgər içində mərhəmət yoxdursa, sən artıq uduzmusan.
Amma əgər sən ədaləti, vicdanı və mərhəməti qoruyursansa — sən qalib adamsan, və sənin adın unudulmaz olacaq.
David Seliverstov,
Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri