
Cari ilin oktyabr ayında Rusiya-Afrika sammiti keçiriləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, Moskvada keçiriləcək sammitdə Qana prezidenti Con Mahama da iştirak edəcək. Bu barədə Qananın Rusiyadakı səfiri Koma-Stiem Yehu-Appiah bildirib.
Xatırladaq ki, Rusiya Prezidentinin 25 mart tarixli fərmanına əsasən, üçüncü Rusiya-Afrika Zirvə Görüşü və bu formatda digər tədbirlər 2026-cı ildə Moskvada keçiriləcək. Rusiya lideri sammitin hazırlanması və keçirilməsi üçün köməkçisi Yuri Uşakovun rəhbərlik edəcəyi Təşkilat Komitəsinin yaradılmasını əmr edib.
Şeyda











































