Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid Elvin İsmayılovun ailəsini ziyarət olunub

Şəhid Elvin İsmayılovun ailəsini ziyarət olunub


Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin dəstəyi Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı nın təşkilatçılığı ilə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Şəhid Elvin İsmayılovun ailəsini ziyarət etdik. Bu görüş zamanı şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad etdik, ailə üzvləri ilə səmimi söhbətlər apararaq onların qayğı və düşüncələri ilə maraqlandıq.

Ziyarət çərçivəsində ailəyə müxtəlif sovqatlar təqdim olundu, maddi və mənəvi dəstəyimiz göstərildi. Şəhid ailələrinin hər zaman dövlətimizin və xalqımızın diqqət mərkəzində olması, onların yalnız olmadıqlarını hiss etmələri hər birimizin mənəvi borcudur. Çünki bu müqəddəs ailələr Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda ən əziz varlıqlarını fəda ediblər.
Şəhid Elvin İsmayılovun qəhrəmanlığı və Vətənə bağlılığı gənc nəsillər üçün örnəkdir. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq və göstərdiyi şücaət heç zaman unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir və güc versin.
Şəhid ailələrinə diqqət və qayğı göstərmək həm insanlıq borcu, həm də milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Bu istiqamətdə həyata keçirilən hər bir təşəbbüs birlik və həmrəyliyimizin bariz nümunəsidir.
Xəbəri paylaş