
"Türk dünyasının ayrılmaz bir hissəsi olan Kipr Türk xalqının aramızda təmsil olunmasını görmək çox xoşdur. Prezident Tufan Ərhürmanı Türküstan Zirvə Görüşündə görməkdən çox məmnunam. Ümid edirəm ki, Türk dünyası Şimali Kipr Türk Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini gücləndirməyə davam edəcək".
Newscenter.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Gələcəyin dünyasında daha çox söz və təsir gücünə sahib olmaq üçün, xüsusən də texnologiya sahəsində əməkdaşlığımızı ən yüksək səviyyəyə qaldırmalıyıq. Zirvə Görüşlərimizin süni intellekt və rəqəmsal inkişaf mövzusu ilə keçirilməsini çox məqsədəuyğun hesab edirəm. Gələcəyi formalaşdırmaq üçün rəqəmsallaşma yolu ilə inkişaf edən bir Türk dünyası vizyonunu mənimsəməyimiz çox vacibdir.
Qaspıralının "dildə, düşüncədə və işdə birlik" şüarından 115 il sonra, indi "rəqəmsal vizyonda birlik" ifadəsini əlavə etməyin vaxtıdır. Bu vizyon..." O, ixtisaslı insan resursları, güclü rəqəmsal infrastruktur və dövlət idarəçiliyinə məlumatlara əsaslanan yanaşma əsasında qurulmalı və aramızdakı rəqəmsal əlaqə gücləndirilməlidir. Ölkələrimiz arasında birgə texnologiya layihələrinin inkişaf etdirilməsi, şübhəsiz ki, bu vizionu dəstəkləyəcək.











































