Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediatorlar üçün növbəti maarifləndirici təlim keçirilib

Mediatorlar üçün növbəti maarifləndirici təlim keçirilib


Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatları və mediasiya institutunun inkişafı istiqamətində təşkil olunan silsilə onlayn təlimlər çərçivəsində mediatorlar üçün növbəti sessiya baş tutub.

Newscenter.az xəbər verir ki, təlim mediatorların peşəkar bilik və bacarıqlarının artırılmasına yönəlib.

Təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Tədbirin əsas məqsədi mediatorların praktiki fəaliyyətinin təkmilləşdirilməsi, mediasiya proseslərinin daha effektiv həyata keçirilməsi, barışıq sazişlərinin keyfiyyətinin yüksəldilməsi, eləcə də mediasiya qurumları ilə məhkəmə orqanları arasında əməkdaşlığın gücləndirilməsidir.

Onlayn formatda, ZOOM platforması üzərindən təşkil edilən təlim Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri İlham Əsədov tərəfindən aparılıb. Təlim zamanı moderator qismində Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov iştirak edib.

Sessiya çərçivəsində mediatorlarla interaktiv müzakirələr aparılıb, onların fəaliyyət zamanı rastlaşdıqları hüquqi məsələlər praktiki nümunələr əsasında təhlil olunub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, barışıq sazişlərinin hazırlanması zamanı diqqət yetirilməli mühüm məqamlar barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, İlham Əsədov mediasiyanın mülki məhkəmə icraatındakı rolu, məhkəmə təcrübəsində rast gəlinən aktual problemlər və mövcud çatışmazlıqlarla bağlı fikirlərini bölüşüb, iştirakçılarla geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, mediatorların peşəkar inkişafına yönəlmiş bu kimi təlimlərin gələcəkdə də Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən davamlı şəkildə təşkili nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş