Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3 il əvvəl əmək müqaviləsinə xitam verilsə də, sistemdə məktəb direktoru kimi göstərilir

3 il əvvəl əmək müqaviləsinə xitam verilsə də, sistemdə məktəb direktoru kimi göstərilir


Təhsil sistemində problemlər bitmir. Belə problemlərdən biri ilə Bakı Şəhəri 142 saylı məktəbin keçmiş direktoru Gülnaz Abdullayeva üzləşib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən Gülnaz Abdullayeva üzləşdiyi problemin həlli ilə bağlı üz tutduğu, zəng etdiyi müvafiq qurumlardan da lazımı cavab ala bilmədiyini deyir:

"13. 09. 2023 cü ildə əmək müqaviləmə xitam verildiyi halda, elektron variantda hələ də 142 saylı məktəbin direktoru kimi adım saxlanılıb. Təhsil sahəsinə aid olan Sabunçu rayonu üzrə kurator Gülnar xanım isə məni dinləmir. Bundan başqa Elm və Təhsil Nazirliyinin qaynar xətti 146-1, MÜTDA nın qaynar xətti 146-2 əlaqə saxlamışam, lakin heç bir nəticə yoxdur".

Gülnaz Abdullayeva qeyd edib ki, məsələ ilə bağlı Bakı Şəhəri Təhsil İdarəsinin kadrlar şöbəsi ilə heç cür əlaqə saxlamaq mümkün olmur.

Süleyman
Xəbəri paylaş