
Korporativ demoqrafik standart yaşlı nəsli dəstəkləmək üçün tədbirlərlə tamamlanmalıdır. İşləyən nənə və babalara valideynlərə kömək etmək məqsədilə yeni doğulmuş nəvələrinə baxmaq üçün iki həftəlik ödənişli məzuniyyət verilməlidir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Rusiya Federasiyasının Ailə Məsələləri Komissiyasının sədri Sergey Rıbalçenko deyib.
"Təqaüd yaşına yaxınlaşan bir çox nənə və baba işləməyə davam edir, lakin korporativ demoqrafik standart yalnız valideynlərin dəstəyi üçün güzəştlər nəzərdə tutur. Yaşlı nəsli nəzərə almır. Biz onların nəvələrinə baxması və valideynlərini dəstəkləməsi üçün iki həftəlik məzuniyyət tətbiq etməyi təklif edirik. Bu məzuniyyətin yarısı işəgötürən, digər yarısı isə Rusiya Sosial Fondu tərəfindən ödənilə bilər", - deyə ekspert qeyd edib.
Rusiya Federasiyasının Əmək Məcəlləsinin müddəalarına əsasən, uşağa faktiki olaraq baxan ata, nənə, baba və ya digər qohum və ya qəyyum valideynlik məzuniyyətinə çıxa bilər.
Anar












































