Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlandda bunker satılır

Niderlandda bunker satılır


Niderland Krallığının paytaxtı Amsterdamda Soyuq Müharibə dövründən qalma 80 nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş sığınacaq satışa çıxarılıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunkerin qiyməti təxminən 300.000 avro dəyərində müəyyən edilib. Artıq 120 nəfər əmlakı almaqda maraqlı olduğunu bildirib.

Daşınmaz əmlak agentliyi Property Noord-un həmtəsisçisi Hero Panman jurnalistlərə bildirib ki, bina 1940-cı ildə kanalizasiya nasos stansiyası kimi tikilib və 1960-cı ildə Soyuq Müharibə dövründə sığınacağa çevrilib. Qismən yeraltı tikili hava şlüzü və 30 santimetr qalınlığında beton divarlarla təchiz olunub. Sığınacağın elektrik, su və interneti var.

2022-ci ildə əmlak 1,1 milyon avroya satışa çıxarılmışdı, lakin alıcı tapılmamışdı. Son təmir işlərindən sonra agentlik onu əhəmiyyətli dərəcədə endirimli qiymətə yenidən satışa çıxarıb.

Anar
Xəbəri paylaş