Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyaya açıq olmaq öz köklərindən uzaqlaşmaq demək deyil

Dünyaya açıq olmaq öz köklərindən uzaqlaşmaq demək deyil


"Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və tarixi yaddaşının qorunmasının əhəmiyyətini bir daha gündəmə gətirmişdir. Dövlət başçısı çıxışında Azərbaycanın müxtəlif tarixi dövrlərdə dövlətçilikdən məhrum olsa da, öz dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxladığını vurğulamışdır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Vəfa Qasımova deyib. Onun sözlərinə görə, Azərbaycan xalqının tarixində elə dövrlər olub ki, xalqımız müxtəlif siyasi sistemlərdə yaşamağa məcbur qalıb:

"Lakin bütün çətinliklərə baxmayaraq, milli ruhumuzu, ana dilimizi, adət-ənənələrimizi və özünəməxsus həyat tərzimizi qoruyub saxlaya bilmişik. Bu, xalqımızın tarixə, köklərinə və mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsidir. Çünki xalqı xalq edən yalnız onun yaşadığı ərazi deyil, həm də dili, mədəniyyəti, milli yaddaşı və nəsildən-nəslə ötürülən mənəvi sərvətləridir.Ana dilimiz milli varlığımızın ən mühüm dayaqlarından biridir. Dilimiz vasitəsilə tariximizi öyrənir, düşüncələrimizi ifadə edir, milli ədəbiyyatımızı, folklorumuzu və zəngin mədəni irsimizi gələcək nəsillərə çatdırırıq. Ana dilinə hörmət etmək, onu düzgün işlətmək və yaşatmaq hər birimizin üzərinə düşən mənəvi məsuliyyətdir. Dilini qoruyan xalq öz tarixini və kimliyini də qoruyur".

Hakim partiya təmsilçisi qeyd edib ki, milli dəyərlərimizin ayrılmaz hissəsi olan adət-ənənələrimiz də xalqımızın əsrlər boyu formalaşmış mənəvi dünyasını əks etdirir:

"Böyüyə hörmət, kiçiyə qayğı, ailəyə bağlılıq, qonaqpərvərlik, mərhəmət və qarşılıqlı ehtiram Azərbaycan xalqının həyat tərzində mühüm yer tutur. Bu xüsusiyyətlər sadəcə keçmişdən qalan ənənələr deyil, bu gün də cəmiyyətimizin mənəvi bütövlüyünü qoruyan dəyərlərdir. Onların gənc nəslə aşılanması gələcəyimizin sağlam mənəvi əsaslar üzərində qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.Müasir dünyada qloballaşma prosesi xalqlar arasında əlaqələri genişləndirir, müxtəlif mədəniyyətləri bir-birinə daha da yaxınlaşdırır. Belə bir şəraitdə başqa xalqların mədəniyyətinə hörmətlə yanaşmaqla yanaşı, öz milli xüsusiyyətlərimizi qorumaq da vacibdir. Dünyaya açıq olmaq öz köklərindən uzaqlaşmaq demək deyil. Əksinə, milli kimliyini dərindən dərk edən xalq başqa mədəniyyətlərlə sağlam dialoq qurmaq, öz mədəniyyətini tanıtmaq və ümumbəşəri dəyərlərə töhfə vermək imkanına malik olur".

Anar
Xəbəri paylaş