Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mədəniyyətlərarası dialoq əməkdaşlığın humanitar tərəfini gücləndirən vasitələrdən biridir

Mədəniyyətlərarası dialoq əməkdaşlığın humanitar tərəfini gücləndirən vasitələrdən biridir


“Müasir dünyada geosiyasi rəqabətin, silahlı münaqişələrin, dini və etnik zəmində qarşıdurmaların davam etdiyi bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Fərqli mədəniyyətlərə və inanclara malik insanlar arasında qarşılıqlı anlaşmanın və hörmətin möhkəmləndirilməsi yalnız humanitar məsələ deyil, həm də beynəlxalq təhlükəsizliyin, siyasi sabitliyin və dayanıqlı inkişafın vacib şərtlərindən biridir. Bu baxımdan forumun əsas əhəmiyyəti müxtəlif yanaşmaların müzakirəsi üçün beynəlxalq platforma yaratmaqla yanaşı, dialoqun real əməkdaşlığa çevrilməsinə şərait yaratmasındadır”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, mədəniyyətlərarası dialoq əməkdaşlığın humanitar tərəfini gücləndirən vasitələrdən biridir:

“Dövlətlər arasında iqtisadi və siyasi əlaqələrlə yanaşı, xalqlar arasında qarşılıqlı anlaşmanın, mədəni mübadilənin və etimadın möhkəmləndirilməsi də uzunmüddətli əməkdaşlıq üçün vacibdir. Bakıda keçirilən forum Azərbaycanın müxtəlif beynəlxalq tərəfdaşları eyni platformada bir araya gətirmək imkanlarını nümayiş etdirir. Bu, ölkənin mədəni diplomatiya sahəsində fəaliyyətinin genişləndirilməsi üçün də zəmin yaradır”.

Politoloq qeyd edib ki, forumun beynəlxalq əhəmiyyəti də kifayət qədər böyükdür:

“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yalnız iştirakçıların sayı və tədbirin beynəlxalq miqyası ilə ölçmək düzgün olmazdı. Əsas məsələ forum çərçivəsində aparılan müzakirələrin praktik nəticələrə çevrilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir”.

Arzuman Muradlı deyib ki, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq humanitar gündəlikdə iştirakını və mədəniyyətlərarası əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirən mühüm tədbirlərdən biridir.

Süleyman
Xəbəri paylaş