
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdakı Yunus Emre İnstitutunu ziyarət edib.
Newscenter.az-a İnstitutdan daxil olan məlumata görə, ziyarət zamanı qonaqlara Bakıdakı Yunus Emre İnstitutunun Azərbaycanda türk dilinin tədrisi, təhsili, mədəniyyəti və nəşriyyat fəaliyyəti haqqında məlumat verilib.

Bakıdakı Yunus Emre İnstitutunu Gökhan Seyhan nazir müavininə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun türk dilinin və ortaq mədəni irsimizin qorunması, onun gələcək nəsillərə ötürülməsi səylərinə göstərdikləri maraq üçün təşəkkür edib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Süleyman











































