Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Mülki Məcəllə hazırlanacaq: Tokayev tapşırıq verdi

Yeni Mülki Məcəllə hazırlanacaq: Tokayev tapşırıq verdi


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə 2027-ci ilin sonuna qədər qəbul edilməsi ehtimalı ilə yeni Mülki Məcəllə hazırlamağı tapşırıb.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, Tokayev bu barədə xalqa müraciətində məlumat verib.

“Bugünkü şəraitdə hüquq sistemi innovasiyanın uğurla tətbiqində və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında xüsusi rol oynayır. Hazırkı Mülki Məcəllə 1990-cı illərdə qəbul edilib. Məcəllənin öz tarixi missiyasını tam yerinə yetirdiyini demək mübaliğə olmazdı”, - deyə Tokayev bildirib.

O qeyd edib ki, bu Mülki Məcəllə keçid iqtisadiyyatı üçün, qabaqcıl texnologiyalardan söhbət gedə bilməyən bir dövrdə hazırlanmışdır:

“Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, gələcəyin iqtisadiyyatına rahat keçid üçün hüquqi əsas olacaq yeni Mülki Məcəllənin qəbul edilməsi vacibdir. Bu, sahibkarların, investorların və vətəndaşların dinc fəaliyyəti üçün hüquqi sabitliyi təmin edəcək".

Süleyman
Xəbəri paylaş