Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisinə gələn il başlanacaq

Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisinə gələn il başlanacaq


Qazaxıstanın ilk atom elektrik stansiyası olan Balxaşın tikintisinə 2027-ci ildə başlana bilər.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində deyib. O bildirib ki, eyni zamanda ikinci atom elektrik stansiyası olan Moyinkumun tikintisinə başlamaq barədə müqavilə imzalana bilər:

"İnanıram ki, Balxaş AES-in tikintisinə gələn ilin əvvəlində başlamaq mümkündür, bəlkə də hətta zəruridir".

Qeyd edək ki, Balxaş AES layihəsi Rosatom-un iştirakı ilə həyata keçirilir. İlk atom elektrik stansiyasının tikintisi üçün Rosatom şirkətinin seçilməsi qərarı respublika hakimiyyəti tərəfindən 2025-ci ildə verilib. Rusiya prezidenti Vladimir Putinin may ayında Qazaxıstana dövlət səfəri zamanı Rosatom rəhbəri Aleksey Lixaçev jurnalistlərə bildirib ki, dövlət korporasiyası tikintiyə 2027-ci ildə başlamağı planlaşdırır. Daha sonra Qazaxıstan Atom Enerjisi Agentliyi də tikintiyə gələn il başlamaq niyyətində olduğunu açıqlayıb.

Süleyman
Xəbəri paylaş