
Niderland 2027-2029-cu illər ərzində Ukraynaya 1,2 milyard avro qeyri-hərbi yardım göndərməyi planlaşdırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Amsterdam eyni zamanda təcili ehtiyaclar üçün 435 milyon avro ehtiyat vəsait də ayırıb.
Məsələ ilə bağlı Niderland Hökumətinin parlamentə göndərdiyi məktubda qeyd olunur ki, Haaqa qeyri-hərbi yardım paketinin bir hissəsi olaraq öz biznesini dəstəkləyən proqramlara 165,5 milyon avro ayırmaq niyyətindədir.
"Niderland Ukraynanın yenidən qurulmasında iştirak etmək üçün Niderland şirkətlərinin mövqeyini gücləndirməyə sadiqdir", - deyə bu ölkənin xarici işlər naziri Tom Berendsen və xarici ticarət naziri Sjoerd Sjoerdsma parlamentə göndərdikləri məktubda bildiriblər.
Anar












































