
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə Qazaxıstanda minimum əmək haqqının 1 yanvar 2027-ci il tarixindən etibarən 110.000 tengəyə (təxminən 240 dollar) və ya təxminən üçdə birinə qədər artırılmasını tapşırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
"Minimum əmək haqqını tədricən artırmağa davam edəcəyik. Hökumətə minimum əmək haqqını 85.000 tengedən 110.000 tengeyə qaldırmağı tapşırıram. Bu məqsədə gələn ilin 1 yanvarına qədər nail olmaq lazımdır", - deyə Tokayev, Qazaxıstan xalqına müraciətində bildirib.
Qeyd edək ki, bu, 29,4% artım deməkdir. Prezidentin sözlərinə görə, bu, təxminən 1,8 milyon insanın, o cümlədən 370.000 dövlət sektoru işçisinin gəlirlərini artıracaq. Tokayev həmçinin gələn il rayon polisi əməkdaşlarının maaşlarının 40% artırılmasını tapşırıb.
Süleyman












































