Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna qadınların xaricə səyahət etməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb

Ukrayna qadınların xaricə səyahət etməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb


Ukrayna Nazirlər Kabineti qadınların xarici ölkələrə səyahətinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Svırıdenko özünün Telegram kanalında məlumat verib.

Baş nazir yazıb ki, hökumət dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət müəssisələrində və məhkəmələrdə tutduqları vəzifədən asılı olmayaraq, bütün qadınlar üçün sərhəd keçid məhdudiyyətlərini istisnasız olaraq ləğv edir.


Qeyd edək ki, hökumət əvvəllər dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və dövlət müəssisələrinin qadın işçiləri üçün səyahət məhdudiyyətlərini ləğv etmişdi. Lakin bu dəyişikliklər məmurlara, xüsusən də nazirliklərin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Vladimir Zelenskinin aparatının, Ali Radanın, Milli Təhlükəsizlik və Müdafiə Şurasının, Ukrayna Təhlükəsizlik Xidmətinin və Milli Bankın qadın işçilərinə şamil edilməyib. Bu, həmçinin Ali Rada üzvlərinə, Ali və Konstitusiya Məhkəmələrinin hakimlərinə, Baş Prokurorluqdakı prokurorlara və ya yurisdiksiyası bütün Ukraynaya şamil edilən dövlət müəssisələrinin və dövlət qurumlarının rəhbərlərinə də şamil edilməyib.

Aygün
Xəbəri paylaş