
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ev sahibliyi edəcəyi "Süni intellekt və rəqəmsal inkişaf" mövzusu altında keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünə hazırlıqlar başa çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadir Japarov və Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmanın iştirakı gözlənilir.
Qeyd edək ki, Zirvə Görüşü sabah öz işinə başlayacaq. Qeyri-rəsmi formada baş tutacaq görüşdə liderlər ölkələrarası əməkdaşlığın perspektivləri və qarşıda duran məsələləri müzakirə edəcəklər. Görüş əsnasında TDT-yə üzv ölkələrin dövlət başçılarının ikitərəfli formatda görüş keçirəcəkləri də gözlənilir.
Süleyman











































