Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal transformasiya prosesində geridə qala bilmərik

Rəqəmsal transformasiya prosesində geridə qala bilmərik


Rəqəmsal transformasiya prosesində geridə qalmağın müstəqilliyimizi təhdid edəcəyinin fərqindəyik.

Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, süni intellektin dominantlıq alətinə çevrilməsinin qarşısını almaq üçün bu mövzuya düzgün perspektivdən yanaşmalıyıq:

""Həmçinin ona bir fürsət kimi baxmalıyıq. İnanıram ki, cəbr və alqoritmlərin atası əl-Xarəzmi, fəlsəfə və məntiqin qabaqcılı əl-Fərabi, tibb elmini öz əsərləri ilə işıqlandıran İbn Sinanın və astronomiya liderləri əl-Biruni, Uluqbəy və Əli Quşçinin yetişdirdiyi bu münbit torpaqlardan yeni alimlər də yetişdirəcəyik".

Qeyd edək ki, Türkiyə prezidenti Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə çıxışı zamanı bunları deyib.

Süleyman
Xəbəri paylaş