Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Çinə gedəcək

Putin Çinə gedəcək



Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri tezliklə baş tutacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, səfərlə bağlı hazırlıqlar artıq başa çatıb:

"Səfərə hazırlıqlar həqiqətən də başa çatıb, bütün əlaqələr qurulub və səfərin bütün əsas parametrləri razılaşdırılıb".

Peskov deyib ki, səfərin dəqiq vaxtı ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.

"Bunu çinli dostlarımızla məsləhətləşərək etdiyimiz üçün sadəcə özümüzü qabaqlamaq istəmirik",- deyə Peskov bildirib.

Şeyda
Xəbəri paylaş