Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Türkiyə ilə ticarətdə strateji əhəmiyyətli rol oynayır:nazir müavini

Rusiya Türkiyə ilə ticarətdə strateji əhəmiyyətli rol oynayır:nazir müavini



Rusiya Türkiyə ilə ticarətdə strateji əhəmiyyətli rol oynayır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak "Rusiya - İslam Dünyası: KazanForum" forumunda bildirib.

"Rusiya Türkiyə ilə beynəlxalq ticarətdə ən strateji əhəmiyyətli tərəfdaşlardan biridir", - deyə o qeyd edib.

Nazir müavini iki ölkə arasında ticarət rəqəmlərinin asimmetrik olduğunu etiraf edib.

"Buna baxmayaraq, yaxınlıqdan danışırıqsa, deməli, biz Qara dəniz sahili vasitəsilə qonşuyuq. Rusiya Federasiyası Qara dənizin şimalında, biz isə Qara dənizin cənubunda yerləşirik. Əlbəttə ki, Qara dəniz bölgəsi bu baxımdan çox vacibdir", - deyə nazir müavini bildirib.

Aygün
Xəbəri paylaş