Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İŞİD Suriyada yenidən fəallaşır

İŞİD Suriyada yenidən fəallaşır


Suriyada İŞİD yenidən dirçəlməsi və hücumları artırması əsasən ölkədə kürd faktorunu yenidən canlandırmaq və ölkədə siyasi sabitliyin təmin olunmasına imkan verməməkdir. Bu planın arxasında İsrail dayanır. İsrail açıq şəkildə Suriyaya hərbi müdaxilə edə bilmir. Həmçinin Kürd silahlı qruplarının fəaliyyətinin bərpa olunmasına çalışır.
İsrail sabit və təhlükəsiz Suriyanın inkişafında maraqlı deyil. Son aylar Suriyanın öz hərbi potensialını inkişaf etdirməsi, havadan müdafiə sistemləri qurması İsraildə həyəcanla qarşılanır.
İsrail Suveyda bölgəsində druziləri silahlandırir. Bundan əlavə, şimal -şərqdə İŞİD silahlandıraraq Suriya hökumət qüvvələrinə qarşı hücumları genişləndirir.
Suriyanın güclənməsi və Türkiyənin burada artan siyasi mövqeyi İsraili narahat edən əsas faktordur. İsrail rəsmilər vaxtaşırı Ə. Şaranı İsrailə qarşı əməliyyatlara başlayacağı və Qolan təpələri ilə bağlı tələbələri irəli sürəcəyini qeyd edirlər. Məhz buna görə İsrail üçün Suriya potensial təhlükə kimi qəbul edilir.
Qeyd edim ki, İsrailin İŞİD planı kürd silahlılarının yenidən dirçəlişinə gətirib çıxarmayacaq. İsrail şimal -şərqdə kürd və Suveyda bölgəsində Duruzlara muxtariyyətin alınmasında maraqlıdır. Bununla zəif Dəməşq hökumətinə qarşı daima təzyiqlər etsin. Amma , Suriyada Türkiyə Avropa ölkələri Suriyanın parçalanmasına imkan verməyəcəklər.

Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Xəbəri paylaş