Newscenter.az.2.01.2021. Xəzər rayonunun qəsəbələrində şəhid və qazi ailələrinə bayram sovqatları çatdırıldı.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Soltan Məmmədov verib. Bildirilib ki, Milli Məclisin deputatı Soltan Məmmədovun müraciəti əsasında Heydər Əliyev Fondu tərəfindən ayrılmış bayram sovqatları şəhid və qazi ailələrinə, eləcə də bu kateqoriyadan olan vətəndaşlarımıza mənəvi dəstəyin daha bir ifadəsi idi:
“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyir, uzun və sağlam ömür arzulayırıq”.
Anar