Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan “İskəndər-M” raketinin qalıqları ilə bağlı Rusiyaya rəsmi məktub göndərib



Newscenter.az.13.04.2021. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılması barədə məlumatları müzakirə etdiyini deyib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirə aprelin 1-də baş tutub: “Bu məsələni müzakirə etdik. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyi fotoşəkillər, dəlillər ilə birlikdə rəsmi məktub göndərib. Ancaq hələlik heç bir cavab almamışıq”.

O, həmçinin rəsmi Yerevanın raketlərlə bağlı açıqlamalarını tənqid edib: “Onlar gah partlamamış raketlərdən danışırlar, gah da bunun sirr olduğunu deyirlər. Demək ki, onlardan istifadə olunub. Yerevandan rəsmi cavab gözləyirik”.

Prezident rəsmi Bakının bu mövzuda kifayət qədər məlumata sahib olduğunu diqqətə çatdırıb.
Xəbəri paylaş