Milli Məclisinj deputatı Jalə Əhmədova iyunun 21-də Salyan rayonunda növbəti seçici qəbulu keçirib.
Jalə Əhmədovanın Deputat Qərargahından Newscenter.az-a verilən xəbərə görə, qəbul zamanı seçicilər əsasən işsizlik, məşğulluq, torpaq məsələləri, ən əsası isə sosial problemlərdən əziyyət çəkdiklərini qeyd ediblər. Millət vəkilinin seçiciləri Jalə Əhmədovadan qeyd edilən məsələlərin həllində onlara köməklik göstərilməsini xahiş ediblər.
Fiziki qüsurlu olan vətəndaşlar isə əlilliyin müəyyən edilməsi üçün müayinədən keçdiklərini, lakin hələ də pensiyalarının bərpa edilmədiyini deputatın diqqətinə çatdırıblar.
Millət vəkilinin seçici qəbulu hazırda da davam edir.
Ruhiyyə