
Birləşmiş Krallıq, Almaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Fransa və Yaponiyanın xarici işlər nazirləri ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) tətbiq etdiyi sanksiyalardan sonra ona dəstəklərini bildiriblər.
Newscenter.az Reuters agentliyinə istinadən bildirir ki, sözügedən ölkələrin XİN-ləri bununla bağlı birgə bəyanat da yayıblar. Birgə bəyanatda qeyd olunur ki, əgər sanksiyalar tətbiq olunarsa, bu, Məhkəmənin, onun xüsusi işçi heyətinin və onların ailələrinin işinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Haaqa məhkəməsinə qarşı sanksiyaların tətbiq olunduğunu elan edən bir bəyanat yaymışdı. Qeyd olunub ki, bu qurum ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin fevral ayında imzaladığı sərəncam əsasında sanksiya siyahısına əlavə edilib.
Anar










































