Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanla mövcud potensialın böyük hissəsi istifadəsiz qalıb

Özbəkistanla mövcud potensialın böyük hissəsi istifadəsiz qalıb


Cənab Prezidentin Özbəkistan səfəri başlayıb. Bu ölkə ilə mövcud potensialın böyük hissəsi istifadəsiz qalıb. Buna görə də ən yüksək səviyyədə iki ölkə arasında rəsmi görüşlərə ehtiyac böyük idi.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, Özbəkistan dünyanın 182 dövləti ilə ticarət əməkdaşlığı edir və nəticə olaraq 2021-ci ildə onun xarici ticarət dövriyyəsi 16 faiz (5,8 milyard dollar) artaraq Azərbaycandan daha çox olub:

"Azərbaycanın 35,5 mlrd.dollar, Özbəkistanın isə 42,1 milyard dollar olub. Amma bunlardan birinin digərində xüsusi çəkisi heç 0,5%-ə də çatmır. Mövcud potensiallar və məsafə yaxınlığını nəzərə alsaq, bu payı ciddi artırmaq potensialı böyükdür. Ən əsas ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, birgə investisiya layihələrinin təşviqi kimi məsələlər öz həllini tapa bilər".

Eldəniz Əmirov hesab edir ki, nəqliyyat və tranzit sektorunda imkanların dəyərləndirilməsi isə hər iki ölkə üçün daha çox önəmlidir:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizi faktorları Azərbaycanı transit ölkə kimi Özbəkistan üçün vacib ölkəyə çevirələcək. Təbii ki, buradan Azərbaycanın öz maddi qazancı və strateji mənfəətləri olacaqdır".

NEWSCENTER.AZ
Xəbəri paylaş