Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblilərinin Lənkəran iqtisadi rayonuna ekskursiyası təşkil olunub

Paytaxt məktəblilərinin Lənkəran iqtisadi rayonuna ekskursiyası təşkil olunub


Bakı şəhəri ümumi təhsil müəssisələri şagirdlərinin Lənkəran, Masallı, Lerik və Astara rayonlarında yerləşən aqroturizm məntəqələrinə ekskursiyası təşkil edilib.

Newscenter.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AqroViziya” layihəsi çərçivəsində reallaşdırılan ekskursiyanın əsas məqsədi məktəbliləri sitrus bağları, balıqçılıq, bağçılıq, bostançılıq və fermer təsərrüfatları ilə yaxından tanış etmək, onlarda kənd təsərrüfatının müxtəlif sahələrinə maraq yaratmaqdan ibarətdir.

Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən “Citrus Valley” aqrar ekoturizm məntəqəsində sitrus meyvələrinin yetişdirildiyi əraziləri əyanı olaraq müşahidə edən şagirdlərə bağdakı ağaclar, onların xüsusiyyətləri, sitrus meyvələrinin faydaları, kənd təsərrüfatının bu sahəsinin incəlikləri barədə geniş məlumat verilib.

Daha sonra şagirdlər layihənin iştirakçısı, Masallının Boradigah qəsəbəsindən olan misgər Taleh Ağayevin əl işləri ilə tanış olublar.

Ekskursiya zamanı məktəblilər arasında maraqlı oyunlar keçirilib, şən və əyləncəli proqram təşkil edilib.

R.Mehdiyeva
Xəbəri paylaş