Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

15 yaşlı məktəbli qızdan ürək dağlayan MÜRACİƏT

15 yaşlı məktəbli qızdan ürək dağlayan MÜRACİƏT


“Mənim adım Aydandır. 15 yaşım var. Bir vaxtlar hamı kimi məktəbə gedir, dərslərimi hazırlayır, dostlarımla səmərəli vaxt keçirirdim. Ancaq indi qaraciyər sirrrozundan əziyyət çəkirəm və həyatım çox çətin keçir. Həkimlər anamla danışanda eşitdim ki, 50 gün ərzində əməliyyat olmasam, daha dostlarımla görüşə, müəllimlərimi görə, anama doyunca sarıla bilməyəcəm”.

Newscenter.az xəbər verir ki, bu ürək dağlayan sözləri Xaçmaz rayon sakini, 15 yaşlı məktəbli Həsənova Aydan Elçin qızı xeyirxah insanlara müraciətində qeyd edib. Qaraciyər sirrozundan əziyyət çəkən15 yaşlı Aydanın təcili əməliyyat olunmasına ehtiyac var. Məktəbli qızın ailəsinin maddi və sosial durumu çətin olduğundan Aydana ciyər köçürülməsi üçün lazım olan vəsaiti ailə qarşılamaqda çətinlik çəkir.
Aydanın yaxınlarının verdiyi məlumata görə, qısa müddətdə 15 yaşlı məktəbliyə yeni ciyər köçürülməsə, o həyatı ilə vidalaşmalı olacaq. Cərahhiyə əməliyyatı üçün lazım olan 70 min manat vəsaitin yığılması və Aydanın həyatını xilas etmək üçün yardım kampaniyasına start verilib. İmkanı çatan hər bir kəsdən bacardığı qədər kömək etmək və Aydanı həyata qaytarmaq xahiş olunur.

P.S. Aydana dəstək olmaq istəyənlər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya, yaxud qeyd edilən bank kartına köçürmə edə bilərlər.





Mehman
Xəbəri paylaş