Bu gün Belarus ərazisindən Ukraynaya ilk aviazərbə endirilib.
Newscenter.az-ın məlumatına görə, “Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.
“Bu, Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Rusiya Federasiyasının genişmiqyaslı təxribatıdır. Bugünkü atəşlər Kreml hakimiyyətinin birbaşa iştirakçı kimi Belarusu Ukraynadakı müharibəyə cəlb etmək cəhdləri ilə bağlıdır”, - məlumatda qeyd olunub.