Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çavuşoğlu: “Artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil”

Çavuşoğlu: “Artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil”


“Yox, artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil, biz təkcə öz regionumuzda deyil, dünyanın ən ucqar coğrafiyalarında belə, 360 dərəcə xarici siyasət anlayışı ilə varıq”.

Newscenter.az-ın məlumatına görə, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu Türkiyənin daha ədalətli dünya uğrunda mübarizə apardığını qeyd edib. "Dünya sistemində islahatın aparılması vacibliyini deyirik. Cənab Prezidentimiz bunu çox gözəl bir şüarla bütün dünyaya bəyan etdi: "Dünya 5-dən böyükdür (BMT TŞ-in daimi üzvləri-red)" dedi. Biz həmin ölkələrə deyil, bu sistemə qarşıyıq. Haqsızlıq qarşısında heç vaxt susmuruq.

Həm prinsipial, həm də realist xarici siyasət yürüdürük. Təbii ki, hər ölkənin və millətin ideyaları var. Biz öz gücümüzü, imkanlarımızı bilirik və heç vaxt realizmdən uzaqlaşmırıq, amma prinsiplərimizdən heç vaxt güzəştə getmirik”, - Türkiyənin xarici syasət idarəsinin rəhbəri əlavə edib.

Nazir qeyd edib ki, PKK ilə YPG bəzi ölkələr tərəfindən fərqli qələmə verilir:

“PKK ilə YPG eyni terror təşkilatlarıdır. Amma bu onların işinə yaramır. PKK üzvü olan terrorçu Suriyadan keçir və birdən-birə adı dəyişir. Terrorçu deyil, az qala “mələkdir”. Utanmasalar belə deyərlər”.

“İŞİD-ə qarşı vuruşurdular. İŞİD-lə bizim ordumuz, polisimiz, təhlükəsizlik qüvvələrimiz qədər üz-üzə döyüşən, təşkilatın 4 mindən çox terrorçusunu zərərsizləşdirən başqa bir ölkə varmı?”, - Çavuşoğlu deyib.

Anar TAĞIYEV
Xəbəri paylaş